• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“iPhone” istifadəçiləri hakerlərdən necə qoruna bilər?



Son zamanlar hakerlər müxtəlif yollarla “iPhone” istifadəçilərinin cihazları üzərində tam nəzarəti ələ keçirirlər. Daha sonra isə smartfon sahiblərinin hesablarına daxil olmalarına mane olurlar. 

Baki.Media xəbər verir ki, bu vaxt istifadəçilərin fotoşəkillərə, mesajlara  daxil olması bloklanır. Hətta maliyyət proqramlarına daxil olunur və bank kartından pul da oğurlanır. 

Bəs, təhlükəsizliyi artırmaq üçün nə etməliyik? 

Güclü parol

İlk addım güclü parolun qoyulmasıdır. “Apple” telefonunuzun ekranını açmaq üçün “Face ID” və ya “Touch ID” istifadə etməyi tövsiyə edir. Bu yolla ictimai yerlərdə kiminsə sizin parolunuzu görmək şansı azalır.

Əgər bu funksiyalardan istifadə etmirsinizsə, bu zaman hərflərdən, rəqəmlərdən və müxtəlif simvollardan ibarət mürəkkəb parol seçməlisiniz. 

Ekran vaxtı parametrləri

“iPhone”da valideynlərin uşaqlarının telefondan istifadəsini məhdudlaşdırmaq üçün istifadə etdiyi “ekran vaxtı” parametri var. Burada söhbət ikinci paroldan istifadə etməkdən gedir. Əgər bu parametr aktivdirsə, “Apple ID”ni dəyişməzdən əvvəl bu parolu daxil etmək lazım olacaq. 

Bu funksiyanı “parametrlər” bölməsinə girib, oradan aktivləşdirmək olar. Buradan ekran vaxtını və dayanma müddətini yandırın.

Yedəkləmə funksiyasından müntəzəm istifadə edin

Müntəzəm olaraq “iCloud” və ya “iTunes” ehtiyat nüsxələrindən istifadə etməklə telefonunuzun oğurlanmasının qarşısını ala bilərsiniz. 

Siz “Google Foto”, “Microsoft OneDrive” ya “Dropbox” kimi digər bulud xidmətlərində vacib faylları və məlumatları da saxlaya bilərsiniz. Telefonunuz hakerlər tərəfindən əl keçirilsə belə, onların hərəkətlərini müəyyən qədər məhdudlaşdırmaq olar. //Lent.az

ƏN ÇOX OXUNANLAR

0.074635028839111