• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Xalq düşməni”nin nəvəsi, ölkəsinin "boz kardinalı" - Raisa Qarbaçova əslində kim idi?



İllər keçməsinə baxmayaraq SSRİ-nin birinci və sonuncu Prezidenti Mixail Qorbaçovun həyat yoldaşı Raisə Qorbaçova haqqında məlumatlar bu gün də dünya ictimaiyyətinin diqqətini cəlb etməkdədir. Onun barəsində ciddi şəkildə maraqlanmaqdadırlar.

Raisa Qorbaçova əslində kim idi?

Polad xasiyyətli modabaz və karyerist təkcə Kremlin deyil, adi evdar qadınları da qıcıqlandırırdı. İnsanlar ona paxıllıq etdiyindən onun haqqında olmazın sözlərini uydururdular. Təkəbbürlü başlanğıc? Qürurlu xanım? Raisa Maksimovna Qorbaçova həqiqətən kim idi?

1. Fəlsəfə elmləri namizədi

Orta məktəbi qızıl medalla bitirən Raisa Titarenko Rusiyanın ucqar bir əyalətindən Moskvaya gələrək, Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə imtahansız daxil olub. Məhz orada gələcək həyat yoldaşı Mixail Qorbaçovla tanış olub. Bu tanışlıq gəncləri təkcə bir-birinə maqnit kimi deyil, həm də biliyə çəkirdi. Hətta onilliklər keçsə də, cütlükdə xarici dilləri və kitabları öyrənmək üçün qarşısıalınmaz bir ehtiras qalmaqda davam edirdi. 

2. “Xalq düşməni”nin nəvəsi.
Onu da qeyd etmək lazımdır ki, Raisa Maksimovna Qorbaçova təkcə bilik həvəsi ilə yaxınlaşmayıb. Onların əcdadları “Böyük Terror” dövrünün qurbanları olub. SSRİ-nin gələcək birinci xanımının babası trotskizmdə günahlandırılaraq 1937-ci ildə güllələnib. Qorbaçovanın nənəsi isə kollektivləşmə zamanı aclıqdan ölüb.

3. Moda aludəçisi

Mixail Sergeyeviç etiraf edib ki, həyat yoldaşı üçün bütün hallarda gözəl görünmək son dərəcə vacibdir. Heç vaxt onun qarşısına zövqsüz halda çıxmadı. Hətta səhər yeməyində belə... Bəli, Raisa Maksimovna elə geyinməyi bilirdi ki, bütün ölkə televizor ekranlarında heyrətdən donub qalırdı. Sonra insanlar dedi-qodu edirdilər ki, dövlət onun qarderobuna milyonlarla dövlət vəsaiti xərcləyir. Belə söz-söhbət gəzirdi ki, prezidentin xanımının paltarlarını Yves Saint Loran hazırlayır. Əslində, Raisa Maksimovna mütəmadi olaraq "Kuznetsky Most" adı ilə Moskva Moda Evini ziyarət edirdi. Yerli sənətkarların eskizləri əsasında onun bütün geyimləri tikilib. 

4. Kaprizli sahibə

1980-ci illərdə Qorbaçovun mühafizəçisi kimi işləməyi bacaran xüsusi xidmət orqanının veteranı Aleksandr Korjakovanın dediyinə görə? SSRİ-nin birinci xanımının bahalı, antik əşyalara qarşı  böyük marağı olub. O deyib ki, fransız kraliçalarının yataq otaqları Raisa Maksimovnanın buduarının yanında solacaqdı. 

5. Boz kardinal

Raisa Qorbaçova ətrafında onun “qulaqları və gözü” olan çoxsaylı mühafizəçi saxlayıb. Həmin mühafizəçilər ən son xəbərləri və dedi-qoduları ona çatdırırdılar. Raisanın qərarların verilməsində, hətta çıxışlarda belə Mixail Qorbaçova çox böyük təsiri olduğu barədə şayiələr yayıldı. Raisa Maksimovna ictimai yığıncaqlarda əri danışanda birinci cərgədə əyləşib, onun düz danışıb-danışmadığına müxtəlif qeyri-şifahi işarələr edirmiş. Deyilənə görə, bağlı qapılar arxasında o, mühüm siyasi qərarların hazırlanmasında birbaşa iştirak edib.

6. Xalqın sevimlisinə çevrilmək

Sovet xalqının Raisə Maksimovnaya olan  isti münasibəti və sevgisi populyarlığın zirvəsində  olduğu bir dövrdə deyil, xəstələnib yatağa düşdükdən sonra olub. O, ağır xəstələnən kimi ona qarşı olan münasibət möcüzəvi şəkildə dəyişib. İnsanlar ona məktublar yazır, sağlamlığı üçün dua edirdilər. Ölümündən əvvəl Qorbaçova acı bir şəkildə  deyir: “Məni başa düşmək və sevmək üçün ağır xəstələnməli və ölməli idim”.

Mürtəza
Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.072164058685303