• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Təyyarəyə onsuz minməyin!



Uzun uçuşlar və səyahətlərdə boyun yastığı istifadə etməyə dəyər, əks halda əzələ spazmı meydana gələ bilər.

Baki.Media xəbər verir ki, bu barədə nevroloq Yelena Miroşnik Lenta.ru-ya müsahibəsində danışıb.

"Belə yastıqlar boyunda dayaq funksiyalarını yerinə yetirir və əzələ korseti rahatlaşır. Beləliklə, əzələ spazmı yaranmır", - mütəxəssis qeyd edib.

Həkimin sözlərinə görə, yastıq boyun-yaxası zonasını rahatlamağa kömək edir və bu, C hərfinə bənzəyən müəyyən bir formada sayəsində baş verir.

"İstifadə üçün xüsusi qaydalar yoxdur. Sadəcə sərtlik dərəcəsinə görə, yastıq seçmək lazımdır. Belə bir yastıq boynunuzu dəstəklədiyi üçün başınızı dik saxlayır, eləcə də stressi boynunuzdan və çiyinlərinizdən alır" , - Miroşnik yekunda vurğulayıb.(Publika.az)

ƏN ÇOX OXUNANLAR

0.10638093948364