• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

10 manatlıq şirkət AMEA-nın 19 min manatlıq tenderinə sahib oldu (FOTOFAKT)



Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu tərəfindən bu ilin aprelin 17-də “Tikili və avadanlıqların cari təmiri” üçün elan olunan kotirovka sorğusu bu gün başa çatıb.  

Bizim.Media xəbər verir ki, sorğunun qalibi “Gülşah Construction” MMC (VÖEN: 1903557271) olub. 

Qeyd edək ki, Radiasiya Proplemləri İnstitutu tərəfindən şirkətə cari təmir işləri ilə bağlı ümumilikdə 19.465 AZN ödəniləcək.  

Tenderin şərtlərinə görə, şirkət institutun əsas korpusun foyesinin və sağ koridorun divar və tavanının qopan yerlərinin qaşınaraq yenidən təmir edilməsini, əsas binada sıradan çıxmış kanalizasiya xəttinin sökülməsini, binanın sol hissəsində yeni istilik xəttinin yenidən çəkilməsini, pəncərə altlıqlarının (podokonnik) dəyişdirilməsini, pilləkan qəfəsinin qopan yerlərinin qaşınaraq yenidən təmir edilməsini və əsas binada dam örtüklərindəki navalçaların təmizlənməsi və bərpasını həyata keçirəcək.  

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Gülşah Construction” MMC-nin qanuni təmsilçisi Bədəlov Şöhrət Mirzə oğludur. Şirkət 12 apre 2018-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. 

Maraqlıdır ki, DVX-nin taxes.gov.az saytında şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr ev 181 A göstərilib. Ancaq vergilər.az saytında fərqli hüquqi ünvan – Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Cəfər Cabbarlı küçəsi ev 00, mənzil 00 qeyd edilib.

ƏN ÇOX OXUNANLAR

0.09959602355957