• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tağı Əhmədovun kürəkəni Sənan Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edildi



Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Unikal-ın məlumatyına görə, Sənan Paşayev Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun kürəkənidir.

Yeni təyin edilən Sənan Paşayev Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışırdı.

Sənan Paşayevin adı vətəndaş cəmiyyəti təmsilçiləri, media nümayəndələri və siyasi fəalların istintaq prosesindəkı pozuntularda hallandırılırdı.

O, hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, araşdırmaçı-jurnalist Xədicə İsmayıl, həmçinin Meydan TV və Azadlıq Radiosunun fəaliyyəti ilə bağlı istintaqı aparmış müstəntiqlərdən biridir.

Onun adı həmçinin AXCP üzvü, Qarabağ qazisi Babək Həsənova işgəncə verdirməkdə hallanıb.

 

ƏN ÇOX OXUNANLAR

0.2575409412384