• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Ətrafı zibilləyənlər məsuliyyətsizdir, şəxsi həyatlarında..."



Xəzər rayonunun Binə qəsəbəsindən keçən su kanalında antisanitar vəziyyətin növbəti dəfə təkrarlanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bəzi vətəndaşlar natəmizliyə görə aidiyyəti qurumları yox, məhz kanala su atan insanlarınn günahkar hesab edirlər.

Təmiz küçəyə zibil atanlar, zibil qabı olan yerdən 1 metr aralıya zibil atan şəxslər və s. olduqca yəqin ki, bu mövzu gündəmdən düşməyəcək. 

Mövzu ilə bağlı Baki.Media -a danışan klinik psixoloq Fuad Əsədov bildirib ki, zibili ictimai yerə atmaq kütlə psixologiyasından asılıdır:

"Ümumiyyətlə, insanların küçəyə zibil atma səbəblərinə baxsaq, müxtəlif şeylər görə bilərik. Bunlardan birincisi təbii ki, kütlə psixologiyasıdır: hər kəs atır, mən də atım. Ya da "mən atmasam, guya nə dəyişəcək, onsuz da digər insanlar atır" düşüncəsi, toplu şəkildə küçəni zibilləməyə səbəb olur. Hər kəs bu düşüncədə olsa, hamı küçəyə zibil atmağa başlayacaq və küçələr zibillənəcək. Amma bir nəfərin belə özündə bunu dəyişdirməsi, əslində, böyük addım olardı. 

Bununla bağlı bir xatirəmi bölüşmək istəyirəm. Mən ibtidai sinifdə oxuyan vaxtlarda filmə baxarkən bir kadr diqqətimi çəkmişdi. Həmin kadrda oğlan saqqızı ağzına atıb çeynəməyə başlayır, boş paketini isə qatlayıb cibinə qoyur. Uşaq olanda bu hərəkət mənə çox xoş gəlmişdi. Hesab edirəm ki, bu gün küçəyə zibil atmamağımın səbəbi həmin kadrı görməyimdir. Dolayı yolla kiçik bir şey, bir insanın nümunəvi hərəkəti belə, bəzən başqa bir insanı dəyişdirə bilər. Statistikaya görə, ictimaiyyət içərisində edilən yaxşı bir hərəkət onu izləyənlər arasından 10 nəfərin də həmin hərəkəti etməsinə səbəb olur".

Psixoloqun sözlərinə görə, küçəni zibilləyənlər real həyatlarında da səliqəsiz olan insanlardır:
"Küçəyə zibil atmaq da "bir şey olmaz" düşüncəsinin nəticəsidir. Zibili atan adam düşünür ki, bir dənə butulkanı atmaqla küçə nə qədər çirklənəcək ki?  Bu da yenə zəncirvari şəkildə böyük bir kütlənin yaranmasına səbəb olur.

Bu gün okeanın altındakı zibil yığını böyük ölkələrin ərazisindən belə böyükdür. Yəni "heç nə olmaz"lar yığılıb böyük kütlə yaranmağa başlayır. 

Küçəyə zibil atanlar evdə də səliqəsiz insanlar olurlar. Əlbəttə, tərsi də mümkündür. Təbii ki, "mənim evim səliqəli olsun, digər tərəfə nə olursa olsun" demək, daha eqoistcə bir yanaşmadır. Amma düşünürəm ki, belələrinin sayı daha azdır. Küçəni zibilliyənlər əsasən, normal həyatlarında da səliqəsiz, məsuliyyətsiz və digər insanları nəzərə almayan insanlardır". 

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.28341889381409