• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ÇL öncəsi "Qarabağ" azarkeşlərinə üzücü xəbər – Ümidlər yenə Qurban Qurbanovadır



Tarixi ərzində onuncu dəfə Azərbaycan çempionu olan "Qarabağ" yenidən ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.

Avropanın bir nömrəli klub turnirində Azərbaycan adına mübarizə aparacaq Ağdam təmsilçisinin heyətində ciddi dəyişikliklər olacağı da gözlənilir. Yayılan xəbərlərə görə, "atlılar"ın hücumçusu Ramil Şeydayev komandanı tərk edəcək. Onun Taylandın "Buriram Yunayted" klubu ilə anlaşdığı bildirilir. Bundan başqa, Filip Ozobiçin də "Qarabağ"dan gedəcəyi gözlənilir. Bu səbəbdən, hazırda təkcə azarkeşləri yox, Azərbaycan futbol ictimaiyyətini düşündürən əsas məsələlərdən biri də həmin futbolçuların yerinə yeni oyunçuların alınıb-alınmamayacağıdır.

Bununla bağlı Offsideplus.az-a etibarlı mənbədən məlumat daxil olub. Belə ki, "Qarabağ" rəhbərliyi bu yay transferlərə çox pul xərcləməyi düşünmür. Ağdam klubu Avropaya yeni alınacaq ortabab futbolçularla gedəcək. Yəni, Çempionlar Liqası üçün daha güclü heyət qurulmayacaq.

Rəhbərlik yeni alınacaq ortabab futbolçuları "rəndələməsi" üçün hər zamankı kimi, Qurban Qurbanovun ixtiyarına verəcək.
Xatırladaq ki, Ağdam təmsilçisi mötəbər turnirdə mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq. 

ƏN ÇOX OXUNANLAR

  • 114
Avro və lirə bahalaşdı
0.08600902557373