• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Barselona”da daha bir ayrılıq



İspaniyanın “Barselona” klubu futolçusu Jordi Alba ilə vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı müdafiəçi rəhbərliyin daha az maaş qarşılığında qalmaq təklifini qəbul etməyib. Bununla da İspaniya millisinin üzvünün 11 ildir formasını geyindiyi komandanı tərk edəcəyi dəqiqləşib. O, iyulun 1-dən etibarən azad agent statusu daşıyacaq.
Xatırladaq ki, Alba 2012-ci ildən “Barselona”nın formasını geyinirdi. Ondan öncə Kataloniya təmsilçisi Serxio Busketsin də mövsümün sonunda komandanı tərk edəcəyini açıqlamışdı.

ƏN ÇOX OXUNANLAR

0.18694996833801