• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyədə fabrikdə ayaqyolu təmizləmək üstündə düşən mübahisə ölümlə nəticələndi - VİDEO



İstanbulun Bayrampaşa rayonunda yerləşən fabriklərin birində fəhlələr arasında düşən mübahisə qətllə nəticələnib.

Belə ki, fəhlələr ümumi istifadədə olan tualetin təmiz saxlanılmasına görə mübahisə ediblər.

Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.

Digər iş yoldaşları dava edən tərəfləri ayırsalar da, bir müddət sonra əlində bıçaqla fabrikə qayıdan Ahmet adlı gənc bir neçə dəqiqə əvvəl dava etdiyi şəxsə bıçaq zərbələri endirib.

Bıçaq xəsarətləri alan şəxs xəstəxanada həyatını itirib.

Artıq cinayəti törədən digər fəhlə saxlanılıb.

Mənbə: İHA

ƏN ÇOX OXUNANLAR

0.1347918510437