• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fransa Olimpiya Komitəsinin prezidenti istefa verdi



Fransa Olimpiya Komitəsinin (CNOSF) prezidenti Bricit Henrikes tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Baki.Media xəbər verir ki, bu haqda Komitə açıqlama yayıb.

Açıqlamada bildirilib ki, bu gün keçirilən ümumi yığıncaqdan sonra təşkilatın ilk qadın prezidenti olan Henrikes istefa ərizəsini rəhbərliyə təqdim edib və qəbul edilib.

2024-cü il Paris Yay Olimpiya Oyunlarının başlamasına 14 ay qalmış istefa verdikdən sonra baş katib Astrid Guyart müvəqqəti prezident vəzifəsini icra edəcək.

Yeni prezidentin müəyyən edilməsi üçün səsvermə üç ay ərzində keçiriləcək.

Qeyd edək ki, 2024-cü ildə Yay Olimpiya Oyunları Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Yarış 26 iyul-11 avqustda gerçəkləşəcək.

ƏN ÇOX OXUNANLAR

0.35525584220886