• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiya oğurladığı taxılı bu ölkələrə satır - Qorbaçov



Rusiya Ukrayna taxılını sanksiyalara məruz qalan ölkələrə satır.

Baki.Media xəbər verir ki, bu barədə Ukrayna Taxıl Assosiasiyasının prezidenti Nikolay Qorbaçov deyib.

“Gəmilər gecələr taxıl oğurlanmaq üçün gəlirlər. Onlar GPS izləyicilərini söndürərək görünməz olur, taxılı yükləyib naməlum istiqamətə gedirlər. Bununla belə, dəniz nəqliyyatı proqramı bu gəmilərin nə qədər olduğunu, hara getdiyini izləməyə imkan verir. Ukrayna bütün faktları qeyd edir”, - Qorbaçov bildirib.

Qorbaçovun sözlərinə görə, tammiqyaslı işğalın əvvəlindən Rusiya 4 milyon ton taxıl oğurlayıb:

“Əsas alıcılar sanksiyalar altında olan ölkələrdir. Lakin Rusiyanın oğurlanmış mallarla ticarət etməsi getdikcə çətinləşir. Hətta Liviya belə bu taxılı almaqdan imtina edib”.

ƏN ÇOX OXUNANLAR

0.12372493743896