• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Dəhşətdir, istəyirlər, qadın pul qazansın, kişi ev işləri görsün" - Ekspertdən sərt sözlər



Xəbər verdiyimiz kimi, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu Azərbaycanda 3 xəyali brendin reklamlarında kişi simalardan istifadə edib. 

Baki.Media xəbər verir ki, gender stereotiplərindən və qadınlara qarşı ayrı-seçkilikdən bəhs edən reklam cəmiyyətimizdə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Baki.Media -a danışan sosial məsələlər üzrə ekspert Elçin Bayramlı hesab edir ki, bu cür reklamlar qadın hüquqlarının müdafiəsindən daha çox təbliğat xarakteri daşıyır:

"Son dövrlər bu kimi təbliğat hallarının sayı kəskin artıb. Bu da qlobal şeytani mərkəzlərin apardığı qorxunc və dəhşətli planın tərkib hissəsidir. Cinsləri məhv etməyi, kişiləri qadınlaşdırmağı, qadınları kişiləşdirməyi açıq-aşkar qarşılarına məqsəd qoyublar. Gender bərabərliyi kimi bər-bəzəkli sözlər altında bu təbliğatı aparırlar. 

Biz görürük ki, son vaxtlar bütün sahələrdə, bütün işlərdə qadınların irəli çəkilməsi baş verir. Bu da kişilərin işsiz qalması ilə nəticələnir. Məqsəd ailə dəyərlərini, ailə institutunu dağıtmaqdır. Yəni ailədə pul qazanan qadın olsun, gecə-gündüz hər yerdə gəzən, dolanan, pulu gətirən qadın olsun, kişi isə evdə ev işlərilə məşğul olsun. Bu, gender proqramı deyil, təbiətin bioloji qanunlarına, yaradılış qanunlarına tüpürməkdir. Bu, birbaşa yaradana, insan xarakterinə qarşı çıxmaqdır. Qadınla kişi eyni ola bilməz, bu, mümkün deyil. Elmi, bioloji olaraq yüzlərlə, minlərlə fərq var. Cəmiyyətin sağlam qüvvələri bircinsli cəmiyyət yaradılmasına, kişilərin qadınlaşdırılmasına, qadınların kişiləşdirilməsinə qarşı müqavimət göstərməlidir. Hansı ölkələrdə ki bunu etməyiblər, onların necə rəzil bir vəziyyətə düşdüyünü, mənəvi deqradasiyaya uğradığını açıq şəkildə görürük". 

E.Bayramovun fikrincə, bu cür reklam kampaniyaları şərq xalqlarının dəyərlərinin çökdürülməsinə hesablanıb:

"Bizim öz milli-mənəvi dəyərlərimiz var. Əlbəttə, kişinin qadın üçün görəcəyi çox işlər var. Yeri gələndə ev işlərini də, uşağa baxmaqdan tutmuş hər şeyi edə bilər. Amma bunu təbliğ edib, "bərabərlik" deyib, tamamilə kişinin üzərinə atmaq, onu belə tanıtmaq bioloji olaraq uyğun deyil. Məsələn, analıq funksiyası qadına uyğundur, kişi bu işdə, eləcə də digər məsələlərdə ona kömək edə bilər. Bunlar heç də qadın hüquqları ilə bağlı deyil. 

Beynəlxalq təşkilatlar qadın hüquqları davası döyəndirsə, onda mən onlara Azərbaycanda milyonlarla problemi olan qadın göstərərəm. Gəlsinlər, kömək etsinlər. Beynəlxalq təşkilatların sadəcə bir dərdi var: mənəvi dəyərlərə malik olan xalqlarda - Şərq xalqlarında bütün dəyərləri çökdürmək, cinsi azlıqların sayını artırmaq, ailələri dağıtmaq, kişini ucuzlaşdırmaq, acizlədirmək. 

Təəssüf ki, bu planı başa düşən adamlar çox azdır. Pərdənin arxasını görməyəndə biz mənəvi cəhətdən məhv olacağıq, deqradasiyaya uğrayacağıq. Üzdə humanistlik, qadına kömək kimi görünsə də, elə deyil. Bəli, kişi də hər şeyi edə bilər, yeri gələndə də edəcək, amma bu təbliğata ehtiyac yoxdur".

Ekspertin fikrincə, cəmiyyətin ziyalıları bu gedişata "dur" deməlidir:

"Təbliğat aparılır ki, qadınlar hər işdə işləyə bilər. Bu da mümkün deyil. Qanunlar 600-dən artıq peşədə qadınların işləməyini qadağan edir. Elə işlər var ki, qadın biologiyasına, fiziologiyasına, psixologiyasına uyğun deyil. Dünya belə yaradılıb. Bu ortaya çıxmış satanist qrup kimdir ki, bizim cəmiyyətin əvəzinə qərar verir? Qorxunc bir təbliğatdır. Onsuz da bunlar bizim ailə institutumuzu dağıdıblar, ölkəni cinsi azlıqlarla doldurublar. Əgər buna indi də "dur" deməsək, sizi əmin edirəm ki, yaxın 10 ildə cəmiyyət olaraq bizim axırımıza çıxacaqlar. Mili dəyərimiz olmayan bədbəxt, rəzil bir kütləyə çevriləcəyək. Ona görə də əgər bu xalq ölməyibsə, buna müqavimət göstərməlidir. Bizim başqa yolumuz yoxdur".

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

2.300329208374