• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məmurların şənbə günləri tam rejimdə işləməsi narahatedicidir - Fazil Mustafa



Azərbaycanda 400 manata 13-15 saatlıq iş təklif oluması vətəndaşların əmək hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Paytaxtla yanaşı, bölgələrdə də bu cür rejim tətbiq edən müəssissələr ən yaxşı halda gün ərzində 1 və ya 2 dəfə 15 dəqiqəlik çay fasiləsinə icazə verir. İşçinin adətən tətil günü olmur, o tətil edirsə, gündəlik 13-14 manatından keçməlidir.

Ailəsini  fəhləliklə dolandıran şəxslər də təbii ki, yeganə qazanc mənbəyini itirməmək üçün heç bir quruma şikayət etmir.

Bəs belə olan halda işçi nə etməlidir?

Mövzu ilə bağlı ölkə.az -a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qanunvericilikdə nəzərdə tutulan iş saatının 8 saata bərabər olduğunu söyləyib. O bildirib ki, işçi daha artıq işlədilirsə, ona əlavə əmək haqqı ödənilməlidir:

"İş vaxtı həftə ərzində 40 saatı, bu mümkün olmursa, ay ərzində 167 saatı keçməməlidir. İşçinin 40 saatdan artıq yalnız o halda işə cəlb etmək olar ki, onun razılığı olsun və bu zaman ikiqat ödəniş edilsin. Yəni insanları 13-14 saat işlətmək tamamilə qanunsuzdur".

S.Məmmədov deyib ki, belə olan halda işçi Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) şikayət etməlidir:

"Əgər həmin müəssisəsinin adı bilinirsə, rəsmi məüssisədirsə, DƏMX-ə məlumat vermək lazımdır. Çünki 2015-ci ildən DƏMX-in sahibkarlıq subyektlərində yoxlama aparmaq hüququna məhdudiyyət qoyulub. Ona görə də bu qurum yalınız şikayət olduqda işə qarışa bilər.

Əgər işçilər şikayət etməkdən qorxurlarsa, nə etmək olar ki? Bu qurumun da məlumatı olmalıdır ki, onun əsasında yoxlama aparsın və müvafiq addım atsın.

Əgər hansısa bir iş yerində daha ciddi məsələlər varsa, məsələn, insanları qul əməyinə cəlb edirlərsə və s. onda İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmək olar. Sadəcə işçiləri ağır işlərə cəlb edirlərsə, 12-13 saat işlədib əmək müqaviləsi bağlamırlarsa, bu zaman DƏMX-ə şikayət edə bilər".

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa da ölkə.az -a açıqlamasında bildirib ki, bir çox hallarda qanunvericilikdə nəzərdə tutulan iş rejiminə əməl olunmur:

"Burada müəyyən dərəcədə həqiqət payı var ki, 8 saatlıq iş ejiminə bütün sahələrdə heç də əməl olunmur. Bu, insan hüquqlarının ən ayrılmaz bir məsələsidir, amma elə sahələr var ki, orada işi 8 saata sığışdırmağın özündə də müəyyən problemlər olur. İndi bu məsələyə nəzarət etməli olan qurumlar var və bu qurumlar məsələ ilə bağlı ciddi araşdırmalar aparmalıdırlar. Amma sahibkarların da vəziyyəti düşünülməlidir. Çünki indiki halda sahibkarların özləri üçün də ciddi narahatedici problemlər var və bu məsələlər kompleks şəkildə həll olumalıdır. İşçinin də bir çox hallarda ixtisaslı olmaması, öz funksiyasını lazımi səviyyədə yerinə yetirməməsi, onun uzunmüddətli iş rejimində çalışmasına gətirib çıxarır. 

Bütün hallarda iş vaxtı gün ərzində 8 saatı keçməməlidir. Məmurlar üçün şənbə günləri də bütöv iş rejimində çalışmalar nəzərdə tutulub. Bu da narahatedici amillərdən biridir", - deyə o əlavə edib.

ƏN ÇOX OXUNANLAR

  • 40
Avro və rubl bahalaşdı
0.11355710029602