• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Arıqlama çayları bizə necə təsir edir? - VİDEO



Müasir dövrümüzdə ən böyük bəlalardan biri də bəzi insanların, xüsusilə də qadınların sonunu düşünmədən arıqlamaq üçün qeyri-sağlam yollara əl atmasıdır.

Artıq çəkidən azad olmaq istəyən insanlar arasında populyar olan, çox istifadə edilən arıqlama dərmanları və çayları bəzi problemlərə səbəb ola bilir. Arıqlamaq istəyi onları reseptsiz, həkim məsləhəti olmadan dərman qəbul etməyə sövq edir - problem yaranana qədər.

Həkim-diyetoloq Leyla Zülfüqarlı söylədi ki, tək bir çayın insanı arıqladacağını gözləmək absurddur.

Diyetoloq onu da dedi ki, nə arıqlama çayları, nə də dərmanları lipoliz funksiyasını idarə etmir. İştahaya süni şəkildə təsir edildiyi zaman anidən şəkər düşməsi, təzyiqin oynaması, eləcə də huşu itirmə kimi hallara da rast gəlmək mümkündür. Diyetoloq arıqlama vasitələrinin üzərində olan etiketə diqqət yetirməyi tövsiyə edir.

Həkim-diyetoloq bildirib ki, arıqlama dərmanlarının istifadəsi zaman daha çox qaraciyər, böyrəklər və bağırsaqlar üçün fəsadlar yaranır. Bu dərmanlar xüsusilə də qaraciyər və böyrək çatışmazlığı, bağırsaqda isə yara yarada bilər.

Diyetoloqun sözlərinə görə, toksinlər qanda toplandığı zaman, orqanizmin mübarizə aparmağı çətinləşir, bu zaman isə hüceyrələrimizin tənəffüsü pozulur.

Mütəxəssislərin də dediyi kimi, arıqlama dərmanları bir çox xəstəliyin mənbəyidir. Buna görə də arıqlamaq uğrunda sağlamlığınızdan olmayın, unutmayın ki, sağlam qidalanma və aktiv idmandan başqa, hansısa çaydan və ya dərmandan möcüzə gözləmək orqanizminizdə ömürlük fəsadlar yarada bilər.

Daha ətraflı APA TV-nin süjetində:

ƏN ÇOX OXUNANLAR

0.081655025482178