• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qeyri-sabit hava şəraiti Qəbələ və Ağdamda fəsadlara səbəb olub



Qeyri-sabit hava şəraiti bir sıra fəsadlara səbəb olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, külək və leysan nəticəsində Qəbələnin Zarağan qəsəbəsində, Aydınqışlaq və Pirəllli kəndlərində şəxsi təsərrüfatlara, meyvə ağaclarına eləcə də bostan sahələrinə ciddi ziyan dəyib.

Güclü külək və yağış Qəbələdə şəhərində də müşahidə olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdamda leysan yağış dolu ilə müşahidə olunub. Dolu evlərin dam örtüklərinə ziyan vurub, meyvə ağacları və bostan bitkilərin məhv olmasına səbəb olub.

ƏN ÇOX OXUNANLAR

  • 56
Rusiyada zəlzələ olub
0.083256006240845