• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xəstənin ölümünə görə həbs edilən həkim-cərrahı Azad Hüseynzadə azadlığa buraxıldı



Şirvan Apellyasiya Məhkəməsində səhlənkarlıqda və rüşvət almada təqsirləndirilən Füzuli Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Azad Hüseynzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 311.3.2-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilib.

Belə ki, Azad Hüseynzadənin əməli CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 (dələduzluq) və 178.2.3-cü maddələrinə tövsif edilib və o, bu maddələrlə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə, CM-in 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib. Azad Hüseynzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən dərhal azad olunub.

Xatırladaq ki, rəsmi məlumata əsasən, Füzuli rayonu, Araz Dilağarda kənd sakini Gülnar Ağakişiyeva və Beyləqan rayonu, Dünyamalılar kənd sakini İncibəyim Məmmədquliyevanın Füzuli Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı vəzifəsində işləyən Azad Hüseynzadə tərəfindən ayrı-ayrı vaxtlarda cərrahi əməliyyat olunması zamanı etdiyi səhv nəticəsində Gülnar Ağakişiyevanın səhhətində fəsadların yaranması, İncibəyim Məmmədquliyevanın isə ölməsi ilə bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Azad Hüseynzadə CM-in 314.2 (səhlənkarlıq - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 311.3.2-ci (rüşvət alma - təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

ƏN ÇOX OXUNANLAR

0.097965002059937