• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gədəbəydə polislə vətəndaşlar arasında nə baş verib? - Video



Sosial şəbəkələrdə Gədəbəy rayonunun Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları araında insidentin yaşandığını əks etdirən kadrlar yayılıb.

Yerli sakinlərin AzadlıqRadiosuna bildirməsinə görə, onlar ərazidəki qızıl mədəninin fəaliyyəti nəticəsində su hövzəsinin yaranması ilə bağlı etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçılarının sözlərinə görə, su hövzəsində zəhərli maddələr toplanır. Onlar əlavə ediblər ki, artıq ərazidə ikinci belə su hövzəsi yaradılır.

Yerli sakinlərin vurğulamasına görə, polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb. Bəzi sakinlərin xəsarət aldığı, saxlandığı deyilir.

Sözügedən kadrları təqdim edirik:



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məsələ ilə bağlı açıqlama verilib.

Bildirilib ki, bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

“Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır”, - məlumatda deyilir.

ƏN ÇOX OXUNANLAR

  • 51
Rusiyada zəlzələ olub
0.073891878128052