• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda orqan transplantasiyası problemi niyə həll olunmur?



Bir sıra ölkələr var ki, qaraciyər transplantasiyası dövlət hesabına maliyyələşir. Artıq qonşu Gürcüstanda da qaraciyər tranplantasiyası tam dövlət hesabına maliyyələşəcək. 

Ölkənin səhiyyə naziri Zurab Azaraşvili mətbuat konfransında bildirib ki, bu günədək dövlət 120 min larilik əməliyyatın cəmi 70 min lari dəyərində olan hissəsini ödəyirdi. Yeni qərar isə ödənişin təmamilə dövlət tərəfindən ödənilməsini nəzərdə tutur: 

“Qaraciyər transplantasiyası ilə bağlı dövlət 120 min larilik əməliyyatın cəmi 70 min larisini maliyyələşdirirdi. Çox hallarda geridə qalan 50.000 larinin ödənilməsində çətinliklərin olduğunu nəzərə alaraq, biz həm diaqnoz, həm də əməliyyat xərclərini tam maliyyələşdirmək qərarına gəldik. Bundan sonra qaraciyər transplantasiyası üçün tələb olunan 120 min lari tam olaraq dövlət tərəfindən ödəniləcək".

Azərbaycanda isə sözügedən məsələ hələ də öz həllini tapmayıb. 

Valyuta.az-a açıqlama verən tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, əhali psixoloji olaraq hazır olmadan, məsələnin texniki, mənəvi-psixoloji tərəfləri həll olunmadan qaraciyər transplantasiyasının maliyyələşməsinin dövlət tərəfindən həyata keçirilməsi məsələsi öz həllini tapmayacaq: 

“Bütün infrastruktur, işin təşkilatı tərəfləri qurulmadan məsələnin qanun şəklinə salınması onun kağız üzərində qalması demək olacaq. Azərbaycanda hələlik orqan nəqli məsələsilə bağlı bütün məsələlər həll olunmayıb. Donor Bankı yaradılmayıb, digər başqa texniki məsələlər öz həllini tapmayıb. Amma bəzi klinikalarda tək-tük hallarda orqan nəqli həyata keçirilir. Qaraciyər tranplantasiyası məsələsinin hansısa dövrdə tam olaraq paketə salınması üçün məsələnin təkcə qanunda öz əksini tapması kifayət etmir. Məsələnin təşkilatı tərəfləri də öz həllini tapmalıdır. Donor Bankı, orqan mənbəyi olmalıdır. Dünyanın heç bir yerində öz qohumuna orqan verməsi təcrübəsi yoxdur. Bundan vaz keçməliyik. Bir müddətdən sonra bu məsələ də öz həllini tapacaq. Ancaq nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır”. 

Həkimə görə, məsələnin öz həllini tapması ilk növbədə insanların özlərindən asılıdır: “Ölən şəxsi yarmağa qoymuruq. Beyin ölümü keçirmiş gəncin orqanını götürməyə də yaxınları razılıq vermir”.  

ƏN ÇOX OXUNANLAR

0.097396850585938