• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Deputat Elman Məmmədov: "Xankəndi sakinlərinin nəyi çatmırsa, Azərbaycana müraciət eləsinlər"



“Azərbaycanın digər ərazilərində olduğu kimi Qarabağ bölgəsində dövlətin qanunlarının tətbiqi həyata keçirilməlidir. Xankəndidə tam şəkildə Azərbaycan konstitusiyasının müddəaları icra olunmalıdır. Həmin ərazinin qaz, elektrik enerjisi, rabitə, su, qida, ərzaq və digər bütün təminatları Azərbaycan tərəfindən həyata keçirilməlidir. Əvvəl-axır belə də olacaq. İndi onların nəyəsə ehtiyacı varsa, zəhmət çəkib Azərbaycan tərəfə müraciət etsinlər və bütün ehtiyacları ödənilsin”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Elman Məmmədov “Laçın” postunun bağlanması fonunda ermənilərin “blokada” deyib səs-küy salmasına fikir bildirərkən deyib.

O əlavə edib ki, Azərbaycanın şəhərləri Xankəndiyə daha yaxındır:

“Oradan onların bütün təminatları ən yüksək səviyyədə ödənilə bilər. Bir şərtlə ki, qanunlarımıza tabe olub vətəndaşlığımızı qəbul etsinlər.  İsətmirlərsə, yol birtərəfli qaydada açıla bilər. Bu ərazidən çıxıb Ermənistan adlı dövlətlərinə gedə bilərlər. Bunun başqa çıxış yolu yoxdur. Hesab edirəm ki, artıq Azərbaycan ərazilərində antiterror əməliyyatı keçirib dövlətçiliyə təhlükə yaradan separatçılığa son qoyulmalıdır.

Azərbaycan qanunlarına tabe olmayan separatçılar, terrorçular, qeyri-qanuni hərbi birləşmələr məhv edilməli və ərazimiz bunlardan təmzilənməlidir. Heç bir dövlət razı olmaz ki, öz ərazisində özünü dövlət adlandıran ikinci bir separatçı-terrorçu qurum fəaliyyət göstərsin. Bu bütün təxribatların qarşısının alınmasının yeganə yoludur.  Nə qədər ki, Azərbaycan ərazisində özünü dövlət elan edən separatçı qurum var, nə qədər ki, Ermənistan dövlətinə məxsus qeyri-qanuni silahlı birləşmələr var, nə sülh sazişi, nə əmin-amanlıq, nə də təhlükəsizliyi təmin etmək mümkün olacaq. Yeganə çıxış yolu onların zərərsizləşdirilib ərazilərimizdən  təmizlənməsidir.

Laçındakı nəzarət-buraxılış məntəqəsinə gəldikdə isə onu bildirmək istərdim ki, Azərbaycan dövlət rəhbərliyi nə vaxt lazım bilsə, təhlükəsizlik təmin olsa, o zaman sərhəd buraxılış-nəzarət məntəqəsinin yenidən fəaliyyəti bərpa olunacaq”.

ƏN ÇOX OXUNANLAR

0.078253984451294