• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Azərsu” rəsmisi Hövsanda suyu maşınlarla satmaq üçün kəsib?



Hövsan qəsəbəsindəki bağlar massivinin sakinləri su qıtlığından şikayətçidirlər.

Xezerxeber.az xəbər verir ki, onların iddiasına görə, su may ayından sentyabr ayına qədər kəsilir. Bu, illərdir ki, belə davam edir.

Sakinlər bildirirlər ki, yay fəsli boyunca suyu maşınla almağa məcburdurlar.

Hövsan sakinləri deyirlər ki, ilboyu normal gələn su məhz may ayında qəfildən kəsilir.

Bundan başqa, Hövsan qəsəbəsindəki bağlar massivinin su qıtlığından şikayətçi sakinləri iddia edirlər ki, ərazidə suyu maşınla satmaq üçün kəsirlər. 

““Azərsu” ASC-nin ərazi üzrə sukanal idarəsinin sədrinin 10 ədəd su maşını var və o, yay aylarında suyu sakinlərə ödənişlə satır. 10 ədəd su maşını var. Hər yaya 1 ton suyu əhaliyə 5 manatdan satırlar. Buna görə də su problemimiz neçə vaxtdır həll edilmir”.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin ərazidə, əsasən, vətəndaşların özlərinin çəkdikləri fərdi şəbəkələrdir, bu da yay aylarında, suya tələbatın artdığı dövrdə su təchizatının pisləşməsinə səbəb olur.

Bununla bağlı Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən “Azərsu”ya müraciət olunub, eskiz hazırlanıb. Eskizə əsasən, həmin ərazidə təxminən 300 metr uzunluğunda 110 mm diametrində borularla gücləndirici xətt çəkiləcək.

Bundan sonra həmin ərazilər qrafik üzrə su ilə təmin olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

ƏN ÇOX OXUNANLAR

  • 56
Rusiyada zəlzələ olub
0.066512107849121