• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ağdamın icra başçısı evini kimdən və nə üçün qoruyur? - FOTOFAKT



Vəzifələri xalqa xidmət etmək olan başçılar xalqdan niyə qorunmalıdır?

Bəzi rayonlarda icra başçıları öz evlərinin qarşısına polis postu qurur və ən azı iki polisin 24 saat həmin postda növbə çəkməsini zəruri hesab edirlər. Belə icra başçılarından biri də Ağdamın başçısı Vaqif Həsənovdur.

Ağdamdan oxucularımız yazır ki, başçının evinin qapısında qoyulan postda 24 saat iki polis keşik çəkir. Və ağdamlılar sual edirlər: “Bizim başçımız kimdən və nə üçün qorunur. Əsas vəzifələri xalqa xidmət etmək olan Vaqif Həcənov evinin 24 saat qorunmasina niyə ehtiyac duyur?”.

Qeyd edək ki, ölkə qanunvericiliyində icra başçılarının evlərinin 24 saat qorunması haqqında heç bir maddə yoxdur və icra başçılarının evləri heç də xüsusi mühafizə olunan obyektlərə aid deyil. O zaman sual olunur, Vaqif Həsənov hansı səbəbdən öz evinin dövlət tərəfindən qorunmasını təmir edir? Bu səlahiyyətləri aşmaq və dövlət büdcəsini israflı şəkildə sərf eləmək deyilmi? Əgər Vaqif Həsənov evinin qorunmasını zəruri hesab edirsə, onda özəl mühafizə idarələrinə müraciət edə bilər. Əgər dövlətdən aldığı maaş buna imkan verirsə…

Digər tərfdən ağdamlıların da qeyd elədiyi kimi, vəzifələri xalqa xidmət etmək olan başçılar xalqdan niyə qorunmalıdır? Onlar xalqla iç-içə yaşamalarını niyə mümkün hesab etmir və xalqla öz aralarında polis baryeri qoyurlar?

Hər şeydən göründüyü kimi, başçılar xalqın sevgisini qazanmağa deyil, onlardan polis postları ilə aralı durmağa üstünlük verirlər və bu zaman dövlət vəsaitini öz halal malalrı kimi sərf edirlər.

Redaksiyadan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Mənbə pia.az

ƏN ÇOX OXUNANLAR

0.27718186378479