• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakı Baş Səhiyyə Mərkəzi 700 minlik invertar alır



Bakı Baş Səhiyyə Mərkəzi “Vest Supply” MMC ilə satınalma müqaviləsi bağlayacaq. 

Valyuta.az xəbər verir ki, şirkət Mərkəzin tabeliyində olan tibb müəssisələrinə yumşaq inventarların satın alınması ilə bağlı tenderin qalibi seçilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 699.985,44 AZN-dir.

“Vest Supply” MMC 28 dekbar 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin qanuni təmsilçisi Ramazanov Murad Məhəmmədrəsuloviçdir. 

“Vest Supply” MMC əvvəl “Azmed Tekstil” MMC adı altında fəaliyyət göstərib. 2022-ci ildə şirkətin adı “Vest Suplly” MMC-yə çevrilib. 

Şirkətin ilk qanuni təmsilçisi Qurbanov Şahmurad Səfər oğlu olub. 2021-ci ildə onu Eyvazlı Hatəm Pərviz oğlu əvəzləyib. 

Hatəm Eyvazlını isə Hacıyev Sahib Xamid oğlu əvəzləyib. Sahib Hacıyevdən sonra şirkətin qanuni təmsilçisi yenidən Hatəm Eyvazlı, ondan sonra isə  Adışirinli Aslan Xəqani oğlu olub. 

Aslan Adışirinlini isə Murad Ramazanov əvəzləyib. 

ƏN ÇOX OXUNANLAR

0.075954914093018