• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hər il yenilənən beynəlxalq reytinq cədvəli - Azərbaycan universitetləri niyə yoxdu?



“Ötən illərə nisbətdə istər dövlət, istərsə də özəl ali təhsil müəssələri müəyyən addımlar atmağa çalışır, ancaq Azərbaycan universitetləri dünyanın beynəlxalq və nüfuzlu reytinq cədvəllərinə təəssüf ki, düşə bilmir”.

Kommersant.az xəbər verir ki, bu sözləri təhsil məsələləri üzrə ekspert Elmin Nuri “Azərbaycan Universitetlərinin dünyanın beynəlxalq reytinq cədvəllərinə niyə düşə bilmir” sualına cavab verərkən deyib.

Ekspert deyir ki, hər beynəlxalq reytinq cədvəlinin də müəyyən tələbləri, meyarları var:

"O cədvəllər də bir neçə qrupa bölünür. Məsələn, ümumi səciyyəvi reytinq cədvəlləri, onun meyarları o qədər də çox deyil, bura bir çox universitetləri də düşə bilər. “Webometrics” reytinq cədvəli var ki, onun tələbi sadədir. Əgər Universitetin adı axtarış sistemlərində çıxırsa, həmin reytinq cədvəli o universiteti qəbul edir.

Bu o deməkdir ki, Azərbaycanın hətta bölgələrdə fəaliyyət göstərən universitetləri də o reytinqə düşə bilər. Bu universitetlər də həmin meyarlar əsasında öz işlərini qurmağa çalışırlar. Daha sonra “QS”reytinq cədvəli var. Bu reytinq cədvəli çox şaxəlidir. Bir neçə qrupa bölünür, ümumi xarakterli “QS” reytinq cədvəlində onların meyarına cavab verən bütün universitetlər yer alır. Ərazi üzrə, ixtisaslaşmış universitetlər üzrə bir qolu var”.

Ekspert deyir ki, bizim universitetlərin adı ən çox çəkilən reytinq cədvəli “QS”-dir:

“Məsələn, biz Şanxay reytinq cədvəlindən danışa bilmərik, çünki onların meyarlarına bizizm heç bir universitet cavab verə bilmir. Bizim universitetlər öz işini yalnız “QS” üzərində qurub desək, yanılmarıq.

Bizi bəzən “QS”in bizim universitetlərin xəttinə aid olmayan meyarını da özümüz üçün əsas götürürük. Bu doğru deyil. Məsələn, bəzən onlar elə şərt irəli sürür ki, onlar istəsə də bu şərtlərə cavab verə bilməz.

Bu zaman universitet səhv bir addım atır. “QS”in o şərtinə cavab versin deyə bütün işlərini onun üzərində qurur. Bizim universitetlərdə beynəlxalq işlər üzrə prorektorluq var, onların işləri bunların üzərində qurulur. Həmin şəxslər reytinq cədvəllərində irəliləməklə bağlı məsul olurlar. Bəəzn yalnış meyarlar seçilir, onun üzərində işlənilir, digərləri kənarda qalır.

”QS”in sırlamasında bizim yalnız iki universitetin adı var. UNEC və Bakı Dövlət Universiteti. “QS”in regional reytinq cədvəlində isə bizim yeddi universitetin adı var. Bəzən xəbərdə yazılır ki, filan universitet reytinq cədvəlində irəlilədi, onu elə vermək lazım deyil, konkret istiqaməti müəyyənləşdirmək lazımdı.

Lakin bu yaxın bir-iki ilin işi deyil, bunun üçün on illiklər lazımdı. Qısa müddətdə müəyyən uğur əldə etmək olar, amma bu uğur bir istiqamətli olacaq”.

ƏN ÇOX OXUNANLAR

0.10239791870117