• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gəncə şəhər 12 nömrəli məktəbdə keçirilən müəllimlərin sertifikasiya imtahanı ilə bağlı ciddi iddialar: Nazirliyin İnsan Resursları Mərkəzi isə yayılan səs yazısını təkzib edir



Gəncə şəhər 12 nömrəli məktəbdə keçirilən müəllimlərin sertifikasiya imtahanı ilə bağlı ciddi iddialar yayılıb.

Pravda.az-ın xəbərinə görə, sözügedən məktəbdə imtahan verən Səlimova Rüfanə adlı müəllim nəzarətçilərlə bağlı bəzi ittihamlar irəli sürüb.

Gənc müəllimin “Whatsapp” qruplarında yayılan səs yazısında belə deyilir: “Çox çətinliklə 55 bal yığdım. Yanımda əyləşən hamilə qadın sualları görəndə huşunu itirdi. Gülşən Qəhrəmanova və Yeganə Əhmədova adlı iki nəfər müəllimin adı çəkilirdi. Nəzarətçinin biri “tapşırmaq” sözünü işlətdi. Mən istədim deyəm ki, yenə başladılar. Mənə digər nəzarətçi gözünü ağartdı ki, imtahana maneə olursan. Digər otaqlara da gedib Gülşən Qəhrəmanova və Yeganə Əhmədovanın adını çəkiblər, onlar axtarılırdı. Başa düşmürəm, budur bunların şəffaflığı? Bu nədir? Bizi təhqir edirlər. Sertifikasiyada 55 bal yığan Rəşad Hümbətovu, Pərvin Əliyevi, yəqin ki, tanıyırsınız. İmtahandan çox az nəticələrlə çıxdılar. Onlar belə suallara məəttəl qalmışdılar”.

Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi məsələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, yayılan səs yazısı həqiqəti əks etdirmir.

Mərkəzdən qeyd olunub ki, imtahan prosesində ləngimə və namizədlərin əlavə stress yaşamaması üçün imtahana dəvət olunan, lakin iştirak etməyən şəxslərin dəqiqləşdirilməsi məqsədilə adları oxunub:

“Diqqətinizə çatdırırıq ki, səs yazısında adıçəkilən şəxslər də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarında iştirak etməyib. Ölkənin 13 müxtəlif şəhər və rayon üzrə ümumilikdə 29 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları artıq dörd gündür davam edir. Cari tarixə qədər test imtahanlarında 42 515 namizəd iştirak edib. Müəllimlərin işə qəbulu üzrə müsabiqə yeni və peşəkar kadrların cəlb edilməsi məqsədi daşıyır. Vətəndaşları əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. Bu tipli paylaşımların müəllifləri oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını əsassız məlumatlarla almamalıdırlar”.

ƏN ÇOX OXUNANLAR

0.079938173294067