- 3
ENDİRİLİR
ENDİRİLİR
Dövlət təhsil müəssisələri istisna olmaqla Azərbaycan Respublikası ərazində fəaliyyət göstərən digər bütün təhsil müəssisələri qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.
Ali təhsil müəssisəsinin lisenziyalaşdırılması onun müvafiq təhsil səviyyələri üzrə dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarına və normativlərinə cavab verməsini təsdiq edir.
Buna baxmayaraq, bir sıra dövlətlərin ali təhsil müəssislərinin filialları ölkə ərazisində müvafiq lisenziya əldə etmədən qanunsuz fəaliyyət göstərdiyi üçün onların fəaliyyəti müvafiq məhkəmə qərarları ilə dayandırılıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yalnız aşağıda adları qeyd edilən xarici ali təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılmış və onlar tərəfindən (göstərilən illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır:
Beləliklə, yuxarıda göstərilmiş siyahıda qeyd olunmayan xarici təhsil müəssisələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş filialları müvafiq lisenziya əldə etmədikləri üçün həmin müəssisələr tərəfindən verilən təhsil sənədləri ölkə ərazisində tanınmır.