• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yeni nazir müavini təyin olunan Ramin Məmmədov kimdir? - DOSYE



Xəbər verdiyimiz kimi İsmət Kərimov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin  müavini vəzifəsindən azad edilib. İmzalanan digər sərəncamla Ramin Ramiz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini vəzifəsinə təyin olunub.

Bizim.Media yeni nazir müavininin kimliyi və əvvəllər hansı vəzifələrdə çalışdığını araşdırıb.

Ramin Məmmədov 17 iyul 1978-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2000-ci ilin avqust ayından Prezidentin Xüsusi Dövlət Mühafizə Xidmətinin təhlükəsizlik idarəsində çalışıb.

Fəaliyyətini 2008-ci ildən 2011-ci ilə qədər Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsində davam etdirib. 2011-ci ildə isə Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsinin əməliyyatların idarə edilməsi və planlaşdırılması idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Ramin Məmmədov Fövqəladə Hallar Nazirliyinin polkovnikidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 avqust tarixli 966 nömrəli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Ailəlidir, üç övladı var.

ƏN ÇOX OXUNANLAR

0.1115870475769