• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gənc filoloqlar MİQ imtahanının nəticələrinin ləğvini tələb edirlər



İyulun 18-də 50-yə yaxın gənc müəllim – universitetlərin filologiya fakültələrinin məzunları və onları imtahanlara hazırlayan müəllimlər Elm və Təhsil Nazirliyinin yanında etiraz aksiyası keçirərək müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanın ləğvini tələb ediblər. İmtahan iyulun 14-də keçirilib.

10 il iş stajı olan müəllimə Gülər Hüseynovanın sözlərinə görə, Elm və Təhsil Nazirliyinin keçirdiyi MIQ imtahanlarının heç bir mənası yoxdur. Çünki ali məktəblərdə imtahan verən ali təhsilli müəllimlər MIG imtahanlarında kifayət qədər bal toplaya bilmirlər, çünki suallar universitet və magistratura proqramlarına uyğun gəlmir.

“Nazirlik imtahanda vaxt azlığından şikayətləri dinləyib, vaxtı 30 dəqiqə (2,5 saat) artırıb, lakin sualları çətinləşdirib. Bəzi suallar həddindən artıq uzundur, ixtisas üzrə 40 sual metodika üzrə suallarla uzun mətnlər və cavab variantları ilə əvəz olunur. İmtahanlar nazirliyin rəhbər sənədlərində göstərilən çərçivələrə uyğun gəlmir, MİQ – ə hazırlıq üçün dərsliklər yoxdur”, – Gülər Hüseynova bildirib.

O hesab edir ki, imtahan sualları nazirliyin saytındakı nümunəvi suallardan xeyli çətindir.

Məzun Afərin Seyidovanın sözlərinə görə, iki il öncə nazirlik eyni imtahanları ləğv edərək nəticələri tədris proqramına uyğun olmayan hesab edib. “Sualları kurikulum və tədris proqramlarının məzmununa uyğun olmayan bu imtahanların nəticələrinin ləğvini tələb edirik. Müəllimlərin işə qəbulu üzrə imtahanların Elm və Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməsini zəruri hesab edirik”.

Youtube sosial şəbəkəsində digər təhsil ixtisasları müəllimlərinin eyni etirazını göstərən fərdi videolar yerləşdirilib.

Ötən həftə etirazçı filoloqlar Elm və Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqin Bağırovla görüşüblər. O bildirib ki, təkrar imtahan keçirilməyəcək və imtahan sualları asanlaşdırılmayacaq.

İyulun 14-də Azərbaycan sektoru üzrə 7 187 müəllim, rus sektoru üzrə 196 mütəxəssis Azərbaycan dili və ədəbiyyatı üzrə MIQ imtahanı verib.

Elm və Təhsil Nazirliyinin mətbuat xidməti filoloqların etirazı ilə əlaqədar qurumun mövqeyilə bağlı Turan-ın suallarını cavablandırmayıb.

ƏN ÇOX OXUNANLAR

3.3684568405151