• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Azərbaycanda heç kim dini məzhəbinə görə təqib edilmir” – Şeyx Allahşükür Paşazadə



“Azərbaycanda şiə məzhəbindən olanlara qarşı heç bir təqib yoxdur”.

APA.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

“Bu gün Azərbaycanda hər kəs rahat ibadətini edir və məzhəbinə görə təqib edilmir”, - o qeyd edib.

Onun sözlərinə görə, azad edilən ərazilərdə erməni işğalçıları məscidləri, müqəddəs məkanları dağıdıb: “Azad edilən ərazilərdə 10-a yaxın məscidlərin tikintisi davam etdirilir. Hətta kilsələrin də tikintisi həyata keçirilir”.

Onu da qeyd edək ki, Aşura günü münasibətilə "Təzə Pir" məscidində könüllü qanvermə aksiyası davam edir.  Aksiyaya Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşlar qoşulublar.

Aksiyaya qatılan insanlardan ilk növbədə hansısa xəstəliklərinin olub-olmadığı soruşulur, daha sonra hemoqlabinin səviyyəsi ölçülür və qan götürülür.

Toplanan qanlar əvvəlcə Mərkəzi Qan Bankına aparılacaq və orada infeksiyalara görə yoxlanılacaq. Daha sonra komponentlərə ayrılacaq və ehtiyacı olan insanlar üçün istifadə olunacaq.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçirilir.

Xatırladaq ki, bu gün Aşura günüdür. Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.

Qeyd edək ki, iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

ƏN ÇOX OXUNANLAR

0.08013391494751