• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hacı Zeynalabdin Tağıyev və Ağa Musa Nağıyevin Osmanlıya yardımı üzə çıxdı – Sənəd



25 fevral 1914-cü ilə aid bu sənəd (surəti yazının sonunda təqdim edilir – red.) Bakı müsəlmanlarının, ələlxüsus Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyevin Ədirnə şəhərində kimsəsiz uşaqlar üçün inşa edilən müəssisəyə beş min rubl ianə etməsindən, eyni zamanda Mir Məhəmməd Badkubeyinin Quranın tərcüməsi və təfsiri ilə bağlı yazdığı "Kəşf-ül-həqaiq" kitabının Sultan Səlim məscidinə hədiyyə edilməsindən bəhs edir.

Kult.az xəbər verir ki, bu barədə məlumatı və sənədin surətini AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Elnur Mustafayev paylaşıb.

Alim sənədin bəzi parçalarını transliterasiya edərək yayıb:

“Bakü əhli-islamiyyəsindən iki zat tərəfindən vüqu` bulan təbərrüa`t haqqında

Dövlətü əfəndim həzrətləri,

Bakü əhaliyi-islamiyyəsi həmiyyəti-məndan və əğniyayi-məşhurəsindən Hacı Zeynalabdin Tağıyev cənablarıyla Ağa Musa Nağıyev tərəflərindən Ədirnədə dər dəsti-inşa bulunan "Dar-ül-əytam" məsarifinə mədar olmaq üzrə beşər bin ruble ilə Hacı Zeynalabdin canibindən başqaca şəhri-məzkurda kain Sultan Səlim Cami-şərifi üçün üç cilddən mürəkkəb "Kəşf-ül-həqaiq" namında bir təfsiri-şərif dahi ihda olunduğu...."

Alim bildirib ki, sənəd Osmanlı Arxivlərində qorunur.

ƏN ÇOX OXUNANLAR

  • 55
Rusiyada zəlzələ olub
0.065989017486572