• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zəfər Gününə böyük amnistiya GƏLİR - Azadlığa nə qədər məhbus BURAXILACAQ?



Vətən müharibəsindəki qələbəmizin ildönümünə sayılı günlər qalıb. Tarixi günlə bağlı gözləntilərdən biri də əfv sərəncamının, yaxud amnistiya aktının qəbul olunması ilə bağlıdır. Son vaxtlar bununla bağlı ictimaiyyətdə geniş müzakirələr başlayıb. Söyləntilərə görə Zəfər Günü ilə əlaqədar daha çox amnistiya qərarının veriləcəyi mümkün görünür. Çünki ölkə başçısı bu ilin  Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalamışdı. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Əfv Məsələləri üzrə Komissiyanın üzvü Rəşad Məcid əfvlə bağlı sərəncam imzalanmasının Prezidentin müstəsna səlahiyyəti olduğunu xatırladıb:

“Əfv olması üçün Əfv Komissiyasının toplaşması lazımdır. Bu da adətən yanvar ayından sonra baş tutur. Mart, yaxud may ayında əfv sərəncamı olur. Hələki mən eşitməmişəm və bilgim yoxdur. Çox güman ki, sənədlər yığılsa, yanvardan sonra komissiya işə başlayacaq. Komissiya isə işə başlamamış ora nə qədər müraciətin daxil olub-olmadığını bilmək olmaz”, - deyə Rəşad Məcid əlavə edib. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə isə amnistiya aktının qəbul olunacağı gözlənilir. Bu barədə saytımıza açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə amnistiya aktının 8 Noyabr Zəfər günü ərəfəsində qəbul ediləcəyi gözlənilir:

“Müstəqillikdən indiyədək 12 amnistiya aktı qəbul edilib. Nəticədə 140 minə yaxın şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. Ötən il isə prezident əfv sərəncamı imzalamışdı və 500-dən çox şəxsi azadlığa qovuşdurmuşdu. Belə bir möhtəşəm günlə bağlı amnistiya aktının qəbulu gözləniləndir və təbiidir. Artıq bununla bağlı işlər başlayıb və Zəfər Günü münasibətilə amnistiya aktı imzalanacaq. Hesab edirəm ki, imzalanacaq amnistiya aktının əhatəsi geniş olacaq”.

Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.

ƏN ÇOX OXUNANLAR

0.10920000076294