• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İngiltərə Cavanşir Feyziyev və ailəsinə məxsus 20 milyon dollara həbs qoymaq istəyir - TƏFƏRRÜAT



Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Milli Məclisin deputatı Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarındakı 15 milyon funt-sterlinq (20,5 milyon ABŞ dolları) pulu müsadirə etməyi planlaşdırır.

Yeniavaz.com
 xəbər verir ki, agentlik pulların Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) 2017-ci ildə aşkar etdiyi geniş pul köçürmə sistemi vasitəsilə yuyulduğunu iddia edir.

Məsələ ilə bağlı OCCRP-nin rəsmi saytında məqalə dərc olunub: “Nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı heç bir cinayət işi açılmayıb. Lakin bazar ertəsi mülki məhkəmə prosesində NCA-nın vəkili agentliyin, pulun “Azərbaycan laundromatı” vasitəsilə axması ilə bağlı arqumentini gücləndirmək üçün ətraflı təhlillər təqdim edib. Vəsaitlərin mənbəyi qanunsuz olmalıdır, çünki onlar mənşəyini gizlətmək üçün saxta sənədlərdən istifadə edərək bir neçə şirkətlər vasitəsilə Azərbaycandan çıxarılıblar.

15 milyon funt-sterlinqin 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, 6,4 milyonu isə oğlu Orxan Cavanşirə məxsusdur. İkisi bu pulun bir hissəsini Böyük Britaniyanın investisiya vizası proqramına yatırıblar. Ümumi məbləğin kiçik bir hissəsi, bir milyon funt-sterlinqdən bir qədər çoxu Feyziyevin qardaşı oğlu Elman Cavanşirin əlindədir.
Lakin işin kökü Feyziyevin öz ətrafında cərəyan edir, çünki NCA deyir ki, müsadirə olunan istənilən vəsaitlər, əsasən, onun nəzarətində olan bank hesablarından gəlib”.

Feyziyevlər ailəsinin sözçüsü mediaya verdiyi açıqlamada NCA-nın işini qəti şəkildə təkzib etdiklərini və bu halı qüsurlu kimi qiymətləndirdiklərini bildirib: "Agentlik sözügedən vəsaitlərin cinayət əməlini ehtiva edən hər hansı bir mənbədən əldə edildiyinə dair heç bir əsaslı sübut təqdim etməyib".

Sözçü, ailənin Britaniya ədliyyə sisteminə tam inandığını və NCA-nın müraciətinin qəbul olunmamasını gözlədiklərini də sözlərinə əlavə edib.

ƏN ÇOX OXUNANLAR

0.11422896385193