• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hacıqabul Rayon İcra hakimiyyəti vergi borcu olan şirkətə 485 minlik tender verdi



Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul şəhərində yolların təmirinə 485 841,73 AZN xərcləyəcək.

Valyuta.az xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi tender yekunlaşıb. Tenderin qalibi “Aztimont” ASC seçilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur.

“Aztimont” ASC-nin hazırda 1431,89 AZN vergi borcu var. 

“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir. 

Qeyd edək ki. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

ƏN ÇOX OXUNANLAR

2.0913670063019