• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sumqayıtda yanan şadlıq sarayı kimindir?



Sumqayıtda yerləşən "Green house" şadlıq sarayında yanğın baş verib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülüb. 

Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.




Cebhe.info xəbər verir ki, iddialara görə, sözügedən şadlıq sarayı "Nyu Sfera” şirkətlər qrupunun tərkibinə daxildir. Şirkətlər qrupunun prezidentinin İman Quliyev olduğu da deyilir.

İddialara görə, biznesmen həm də  "Xalqlar Dostluğu” yarmarkasının, İsmayıllıda yerləşən "Green House" istirahət mərkəzinin də sahibidir.

“Nyu Sfera-Nəqliyyat” MMC, “Nyu Sfera-Turizm” MMC-yə şəxsən rəhbərlik edir. Qrupun özünə isə “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art” MMC, “Nyu Sfera Ticarət” MMC, “Nyu Spera Ltd” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı (“Romance Palace-1”, “Romance Palace-2”, “Şərq Saray”) və bir restoran da (“Yay” restoranı) İman Quliyevə aid biznes şəbəkəsinin tərkib hissəsidir.

ƏN ÇOX OXUNANLAR

0.092867851257324