• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

BDU-ya milyon yarımlıq invertar satacaq şirkət kimindir?



Bakı Dövlət Universiteti (BDU) “Everest-2022” MMC ilə maliyyə dəyəri 1 402 369,66 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq. 

Valyuta.az xəbər verir ki, şirkət BDU-nun inventar, avadanlıq və müxtəlif malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Everest-2022” MMC 11 aprel 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur. 

Şirkət barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Bununla belə dövlət satınalmalarının vahid elektron portalından görünür ki, “Eveerst-2022” MMC tenderlərdə fəal iştirak edir. Şirkət 2023-cü ildə 5 tenderin qalibi olub. Bu tenderlər BDU, Səbail Rayon İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfat Birliyi, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfat Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi keçirib. 

ƏN ÇOX OXUNANLAR

0.099136114120483