• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda FETÖ əməliyyatlarının səbəbləri açılır - Təşkilat ölkəmizə belə sızıb



Son günlər ölkə ictimaiyyətinin diqqətini Türkiyə ilə birlikdə FETÖ terror təşkilatına qarşı aparılan mübarizə çəkir. Xüsusilə FETÖ əməliyyatı çərçivəsində keçirilən bir sıra əməliyyatlar müəyyən suallar yaradıb.

Digər diqqətçəkən məqam Bakıda keçirilən FETÖ əməliyyatlarına Ermənistandan gələn açıqlamadır. Belə ki, Fətullah Gülənin “solçu” müridlərindən olan tarixçi-sosioloq Taner Akçam Ermənistanın “İctimai kanal”ına açıqlama verib və guya Azərbaycanın erməniləri Qarabağdan sürgün etmək niyyətində olduğunu deyib.

Maraqlıdır, Türkiyədə aparılan silsilə əməliyyatlardan sonra FETÖ terror təşkilatı Azərbaycana sızaraq burada yenidən dirçəlmək istəyir? Azərbaycan üçün FETÖ təhlükəsi realdırmı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanda FETÖ terror təşkilatının dayaqları bir zamanlar çox güclü idi:

“Terror təşkilatı ölkədə, xüsusilə də regionlarda icmalar yaradır, sekta fəaliyyəti ilə məşğul olurdu. Özünə sadiq kadrlar yetişdirmək üçün kurslar, liseylər, məktəblər, hətta universitetlər açırdı. Bəzi televiziya kanalları, saytlar özləri də bilmədən bu şəbəkənin oyuncağı halına gəlmişdi.

Lakin xoşbəxtlikdən Türkiyədə FETÖ ilə bağlı əməliyyatlar paralel olaraq Azərbaycanda da keçirildi. Yəni bu gün FETÖ əməliyyatları əslində şəbəkənin qalıqlarının təmizlənməsi mahiyyətini daşıyır. Əsas terror əməliyyatları 8-9 il öncə aparılıb. FETÖ daha çox Mərkəzi Asiya ölkələrindən Özbəkistanda, Qırğızıstanda qalmaqdadır”.

Politoloq Taner Akçamın Ermənistanın “İctimai kanal”ına açıqlamasına münasibət bildirib:

“Taner Akçamın nə deməsinin elə də bir əhəmiyyəti yoxdur. Onun kim olduğu, kimə xidmət etdiyi hər kəsə bəllidir. FETÖ əməliyyatları sonrası Türkiyədən qaçaraq Ermənistana sığındı. Ermənistana sığınan birinin haqqımızda xoş nə isə deməsini gözləmək sadəlövhlük olardı. Onun dediklərinə diqqət yetirsəniz hazır tezis olduğunu görə bilərsiniz.

Həmin bu tezis fikirləri bu gün Qərb ölkələrində erməni maliyyəsi ilə satın alınan konqresmenlərin, senatorların, siyasilərin dilindən də eşitmək olar”

ƏN ÇOX OXUNANLAR

0.082979917526245