• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

General-mayor Hikmət Abbasov işdən niyə çıxarıldı?



Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Mərdan oğlu Abbasov işdən çıxarılıb. 

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu barədə nazir, general-polkovnik Kəmalədin Heydərov əmr imzalayıb. 

Hikmət Abbasov iki ay əvvəl general-mayor Fizuli Əaədovun yerinə təyin edilmişdi.

Onu da qeyd edək ki, bir müddət öncə media da Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi Hikmət Abbasovun əməlləri haqda şikayət məktubu ictimailəşmişdi.

Mediada yayılan şikayət məktubunda qeyd edilirdi ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi Hikmət Abbasov bu vəzifəyə təyin olduğunu gündən, Bakı şəhərində istismara hazır olan obyektlərin, yeni tikilən yaşayış binalarının, bina və qurğuların layihə sənədlərinin yanğın təhlükəsizliyi ekpertiza aktının verilməsinə süni maneələr yaradıb

Daha sonra şikayət məktubunda Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi Hikmət Abbasov haqqında belə yazılırdı:

"Bundan əvvəlki rəhbərliyin olduğu müddətdə bina və qurğulara obyektiv şəkildə qəbul olunduğu halda, indi səbəbi bilinməyən problemlər axtarılır, bu da haqlı olaraq yeni binalardan ev və obyekt sahibi olan vəndaşların bina sahibləri ilə mübahisə və narazılıqlarına səbəb olur."

Media da yayılan şikayət məktubda o da qeyd olunurdu ki, FHN-də və heç bir əlavə normativ qayda qəbul olunmadığı halda korrupsiyaya yol açan bu əməllər əlbəttə ki, cənab nazir Kəmalləddin Heydərovun, Möhtərəm Cənab Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirdiyi müsbət reformaları kölgədə qoyur, dövlətə və FHN-nə etimadı sarsıdır:

"Abbasovun tikinti şirkətlərinə reketsayağı davranışı kriminal avtoritetlərin söhbət masasındakı son nöqtə "Racon"una bənzəyir desək, tam yerinə düşər. Bu cənabın iştahası o qədər kəskindir ki, ağlına gələn fantastik rəqəm tələb etməkdən belə çəkinmir! Bu da ki əlbəttə bu işləri icra edən şirkətlərin hərraca bağlayıb müflisləşdirilməsinə gəlib çixardir."

Daxil olan şikayət məktubunda daha bir ciddi məqam var idi:

"Hörmətli redaksiya, diqqətinizə çatdırıram ki, yeni tikililərdə yanğından mühafizə işlərini icra edən şirkətlərdən minlərlə insan çalışır. Bu müharibə şəraitində əldə edilmiş zəfərə kölgə salır və möhtərəm Prezidentə 5-ci kalonun oynuna bənzər bir oyunla etimadsızlıq yaratmaq ideyasıdır, yoxsa bir aya rüşvət yolu ilə milyarder siyahısına girmək ehtirası!? Biz bilirik ki, bu özbaşınalıqdan general-pokovnik Cənab Kəmaləddin Heydərovun xəbəri yoxdur."

ƏN ÇOX OXUNANLAR

0.17212605476379