• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu gün keçirilən rezidentura imtahanının nəticələri nə vaxt bilinəcək?



Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 13-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 88 zal nəzarətçisi, 14 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb:

"İmtahanın ikinci mərhələsində iştirak etmək üçün 934 namizəd qeydiyyatdan keçib. Bakı şəhərində 898, Naxçıvan şəhərində isə 36 namizədin imtahan verəcəyi gözlənilirdi.

Avqustun 14-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur".

ƏN ÇOX OXUNANLAR

0.12308692932129