• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Flora Qasımova: “Yay Düşərgəsi layihəsi xaricdə yaşayan gənclərimizi Azərbaycana sıx bağlamaq baxımından möhtəşəm layihədir”



Milli Məclisin keçmiş üzvü Flora Qasımova “Heydər Əliyev İli” çərçivəsində Naxçıvanda təşkil edilmiş Diaspor Gənclərinin IY Yay Düşərgəsini mühüm hadisə kimi qiymətləndirib.

O bildirib ki, bu barədə məlumatı mətbuatdan öyrənib: “Heydər Əliyev Fondu ilə Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsini alqışlayıram. Diaspor tarixinə yazılacaq bu mühüm hadisəyə çox sevindim”.

Flora xanım qeyd edib ki, “Vətən hər şeydən öncə gəlir” məfhumunu xalqımız, xüsusilə də xaricdə yaşayan soydaşlarımız dərindən dərk edir və bu baxımdan diaspor quruculuğunda həyata keçirilən Yay Düşərgəsi kimi layihələr misilsiz addımdır: “Xaricdə yaşayarkən Azərbaycan haqqında eşitmək tamamilə başqa hiss doğurur. Amma vətəninlə bağlı həqiqətləri öz gözünlə görməyin, Azərbaycanın necə inkişaf etməsinə canlı şahid olmağın misli-bərabəri yoxdur. Odur ki, Yay Düşərgəsi layihəsi gənc soydaşlarımızı Azərbaycana sıx bağlamaq baxımından möhtəşəm layihədir. Buna görə təşkilatçılara minnətdarlığımı bildirirəm”. 

Onun fikrincə, bu il Diaspor Gənclərinin IV Yay Düşərgəsinin qədim Naxçıvanda, ulu öndərin dünyaya gəldiyi torpaqlarda təşkili əlamətdar hadisədir: “İnanıram ki, sağlığında gənclərimizi çox sevən, hər zaman onların uğurları ilə qürur duyan, ağıllı-kamallı, istedadlı gənclərimizə böyük qayğı göstərən dahi şəxsiyyət Heydər Əliyevin ruhu bu gün şaddır. Azərbaycanın inkişafı hər birimizi sevindirir. Bilirəm ki, xaricdə yaşayan soydaşlarımız da ölkəmizin uğurları və 2020-ci ildə əldə etdiyimiz möhtəşəm qələbə ilə qürur duyurlar. Odur ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi çox böyük əhəmiyyət kəsb edir və bu cür layihələrin daha da çox olması vacibdir. Ümumiyyətlə, Heydər Əliyev Fondu ilə Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan Diaspor Gənclərinin Yay Düşərgəsinin Azərbaycanın ayrı-ayrı bölgələrində keçirilməsini çox təqdirəlayiq hal kimi qiymətləndirirəm”.

Qeyd edək ki, Flora Qasımova Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi Mirzə Məhəmməd Axundovun nəvəsi, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır.    

 

 

ƏN ÇOX OXUNANLAR

0.086116075515747