• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ramiz Məlik Prezidentin fəxri diplomu ilə təltif edildi



Ramiz Ağarza oğlu Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

O, Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Onu da qeyd edək ki, Xalq artisti Ramiz Məlik "Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu" ilə təltif edilməsindən məmnun qalıb. 

Bu barədə aktyor özünün "Facebook" hesabında paylaşım edib. Xalq artisti "Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu" ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib. 

"Möhtərəm Prezidentə mənə və mənim sənətimə verdiyi qiymətə görə təşəkkürümü bildirirəm", - deyə sənətçi qeyd edib. 

ƏN ÇOX OXUNANLAR

0.077810049057007