• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mürsəl İbrahimov səfərbərlik xidmətinin mebellərini dəyişir



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürəsl İbrahimov qurum daxilində islhatalara mebellləri dəyişdirməklə başlayır. 

Valyuta.az xəbər verir ki, Xidmət mebel invertarlarının satın alınması ilə bağlı tender elan edib. Tender sentyabrın 13-nə kimi davam edəcək.

Xidmət ötən il “Qardaşlar Mebel” MMC-dən 102 270,6 AZN dəyərində mebel invertarları alıb. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ilin dekabrında yaradılıb. 2012-ci ilin fevralında Arzu Rəhimov Xidmətin rəisi vəzifəsinə təyin olunub. O, 2023-cü ilin aprelinədək bu vəzifədə olub. Arzu Rəhimovun işdən çıxarılmasından sonra Mürsəl İbrahimov Xidmətə rəis təyin edilib. 

ƏN ÇOX OXUNANLAR

0.099599838256836