• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

1 milyon manata yaxın dələduzluqda ittiham olunan keçmiş bələdiyyə sədri həbsxanada aclığa başladı



Binəqədi Rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva saxlandığı Bakı İstintaq Təcridxanasında aclığa başladığını açıqlayıb. O bildirib ki, bu yolla məhkəmədən narazılığına, süründürməçiliyə etiraz edir. Keçmiş bələdiyyə sədri bunu avqustun 15-də öz məhkəməsində elan edib.

Meydan TV xəbər verir ki, dələduzluqda ittiham olunan Aytac Əliyeva və bacısı İlknur Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə baxılır.

Onlar  özlərini qızıl-zinət əşyalarının alqı-satqısıyla məşğul olan, geniş əlaqələrə sahib şəxslər kimi təqdim edərək, müxtəlif adamları aldadıb, onların pullarını ələ keçirməkdə ittiham olunur. Cinayət işinin materiallarında iddia olunur ki, bacılar zərərçəkmişləri aldadaraq, ətraflarında yüksək vəzifəli şəxslərin olduğunu deyiblər. Onlar üçün zinət əşyalarını həmin məmurlara sata biləcəklərini vəd ediblər.

Aytac Əliyeva və İlknur Əliyeva Turqut ümumilikdə 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluqda ittiham olunur.

Keçmiş bələdiyyə sədri həmçinin Binəqədi rayonu ərazisində torpaq satmaq, işə düzəltmək adıyla dələduzluq etməkdə, müxtəlif ərazilər üçün saxta sənədlər düzəldib, adamlardan pul almaqda ittiham olunur.

Aytac Əliyeva həbsdədir, bacısı isə bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Məhkəmə prosesində dindirmələr başa çatıb, hazırda sənədlərin tədqiqi mərhələsidir.

Avqustun 15-də məhkəmədə Aytac Əliyevanın vəkili Ceyhun Yusifovla hakim arasında mübahisə yaranıb. Vəkil sənədlərlə tanış olmaq istədiyini bildirib. Hakim isə vəkilə məhkəmə prosesinə gecikməsini irad tutub. O, məhkəmə prosesinin sentyabrın 22-nə təxirə salındığını bildirib.

Aytac Əliyeva məhkəmə prosesinin təxirə salınmasına etiraz edib. O, ümumiyyətlə, məhkəmənin gedişindən narazı olduğunu açıqlayıb. Deyib ki, iki ilə yaxındır həbsdə çürüdülür.

Aytac Əliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının sədr müavini olub.

ƏN ÇOX OXUNANLAR

  • 60
Rusiyada zəlzələ olub
0.081242799758911