• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İranda həbs edilən Fəridə hökm oxundu



İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlinin məhkəmə araşdırması başa çatıb.

Bu barədə Qafqazinfo-ya onun anası Dilarə Əsgərova məlumat verib.
 
D.Əliyeva bildirib ki, Fərid Səfərliyə 2 il həbs cəzası verilib.
 
Məhkəmədə F.Səfərlinin iştirakı təmin edilməyib. Hökm çıxarılması barədə ona və vəkilinə sonradan məlumat verilib.
 
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. O, istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.
 
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

ƏN ÇOX OXUNANLAR

  • 56
Rusiyada zəlzələ olub
0.068816900253296