• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İranda azərbaycanlı həkimə verilən cəza qüvvədə qaldı



İranda azərbaycanlı həkim Həmid Qarahəsənlinin 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Qeyd edək ki, o və xanımı Fərzanə Qarahəsənli Bəsic qüvvələrinin Ruhullah Əcəmiyan adlı üzvünün öldürülməsində təqsirləndirilən 16 müttəhim arasındadırlar.

Onlar ötən il etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqdan bir gün sonra həbs ediliblər.

Fərzanə Qarahəsənli beş il həbs cəzasına məhkum edilib.

ƏN ÇOX OXUNANLAR

  • 53
Rusiyada zəlzələ olub
0.09083890914917