• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yaponiya radioaktiv çirkabı okeana boşaltmağa başladı - ETİRAZ (VİDEO/FOTO)



Yaponiya “Fukusima-1” Atom Elektrik Stansiyasından çıxan ilk su partiyasını okeana atmağa başlayıb.

Ölkə.Az “AA”ya istinadla xəbər verir ki, tullantı suları yeraltından dənizə qədər uzanan 1 kilometrlik tunel vasitəsilə axıdılır.

Plana əsasən, şirkət birinci mərhələdə 17 gün ərzində 7800 ton çirkabı okeana axıdacaq.

2024-cü ilin mart ayına qədər ümumilikdə 31 200 ton radioaktiv tullantı suyunun axıdılması planlaşdırılır.

Yerli sakinlər etiraz etmək üçün səhər saatlarında onun ətrafına toplaşıblar.

MAQATE ekspertləri prosedurun təhlükəsizlik standartlarına uyğunluğuna nəzarət etmək üçün ərazidədirlər.

Xatırladaq ki, 2011-ci ilin martında baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində yaranan sunami “Fukusima - 1” Atom Elektrik Stansiyasında 4 nüvə reaktorundan 3-nü zədələyib.

Günay

ƏN ÇOX OXUNANLAR

0.1306209564209