• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kadırov Priqojin haqda: Ya prosesləri görmürdü, ya da görmək istəmirdi



Çeçenistan lideri Ramzan Kadırov təyyarə qəzasında həlak olan "Vaqner" lideri Yevgeni Priqojinin Ukraynanın işğalına böyük töhfə verdiyi və onun ölümünün Rusiya üçün böyük itki olduğunu bildirib.

“Ölkə.Az” xəbər verir ki, o öz teleqram kanalında Tverdə baş verən təyyarə qəzasında həlak olan Priqojinlə bağlı paylaşım edib.

“Şübhəsiz ki, Priqojin xüsusi hərbi əməliyyatın keçirilməsinə böyük töhfə verib. Onun ölümü bütün ölkə üçün böyük itkidir. Priqojinin yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - Kadırov deyib.

Priqojinlə uzun müddət dostluq münasibətlərinin olduğunu izah edən Kadırov "Vaqner"in keçmiş liderini “dövlət səviyyəsində mühüm şəxs” kimi xarakterizə edib.

Bununla belə, Kadırov bəyan edib ki, Priqojin son vaxtlar ölkədə baş verən proseslərin bütün mənzərəsini görmürdü və ya görmək istəmirdi.

Çeçen lider onu da əlavə edib ki, hər zaman Priqojini ölkənin maraqları naminə şəxsi ambisiyalarından əl çəkməyə çağırıb.

“Ancaq Priqojin elə bir insan idi, onun dəmir xarakteri və istədiyini dərhal əldə etmək istəyi var idi”, - Kadırov əlavə edib.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.13707709312439