Hindistanın bəndlərdən daha çox su boşaltması və leysan yağışları səbəbiylə Pakistana qədər uzanan Sutlej çayında suyun səviyyəsi qalxıb, bölgədə daşqın təhlükəsi yaranıb.
“Ölkə.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Pəncab Xilasetmə sözçüsü Diba Şahnaz açıqlama yayıb.
Onun sözlərinə görə, iyulun 9-dan bəri şimaldakı Kasur, Pakpattan, Vehari, Bahavalnaqar, Lodhran, Multan və Bahavalpur bölgələrindən 100 mindən çox insan təxliyə edilib.
Sözçü, iyulun 9-dan bəri baş verən daşqınlar nəticəsində 17 nəfərin öldüyünü, 36 nəfərin yaralandığını açıqlayıb.