• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyədə mikroavtobus aşıb, 14 yaralı var



Türkiyənin Van vilayətinin Gevaş rayonunda mikroavtobus aşıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, Atalan Məhəlləsində mikroavtobus təkərin partlaması nəticəsində yol kənarına aşıb. Nəticədə 2-si ağır olmaqla 14 nəfər yaralanıb.

Hadisə yerinə tibbi heyət, jandarma və Van Böyükşəhər Bələdiyyəsi Xilasetmə İdarəsinin qrupları cəlb edilib.

Yaralılar tibbi qrupların müdaxiləsindən sonra şəhərdəki xəstəxanalara aparılıb.

ƏN ÇOX OXUNANLAR

0.10043096542358