• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Almaniya vətəndaşlığı almaq asanlaşırŞərtlər nələrdir?



Almaniyada Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) yaratdığı koalisiya hökuməti vətəndaşlıq qanununda islahatları nəzərdə tutan qanun layihəsi üzərində razılaşdıqlarını açıqlayıb.

BBC Azərbaycan xəbər verir ki, hökumət Almaniya vətəndaşlığına keçidi asanlaşdırmaqla ölkəyə ixtisaslı işçi qüvvəsi cəlb etməyi hədəfləyir.

Hökumət, həmçinin ölkədə ifrat sağ populist Almaniya üçün Alternativ Partiyasına (AfD) siyasi dəstəyin artdığı bir vaxtda qüvvəyə minəcəyinə ümid etdiyi islahatla mühacirlərin siyasi iştirakını gücləndirmək istəyir.

Qanun dəyişikliyi nəyi nəzərdə tutur?

“Vətəndaşlıq hüququnun müasirləşdirilməsi” adlı 61 səhifəlik qanun layihəsində vətəndaşlıqla bağlı müraciət etmək üçün Almaniyada 8 il qanuni yaşamaq tələbi 5 ilə endirilib.
“Ölkəyə kifayət qədər yaxşı uyğunlaşan” insanlara isə 3 ildən sonra müraciət etmək imkanı veriləcək.

Burada nəzərə alınmalı meyarlar aşağıdakılardır:

İş həyatında üstün performans göstərmək və ya könüllü iş görmək, alman dilini çox yaxşı bilmək, özünü və ailəsini dolandıra bilmək.

Qanun layihəsi birdən çox vətəndaşlığa da icazə verir.
Bundan əlavə, qanuna edilən dəyişiklik Almaniyada əcnəbi valideynlərdən doğulan uşaqların Almaniya vətəndaşlığına sahib olmasına icazə verir.

Yeganə şərt, valideynlərdən birinin 5 ildən artıq Almaniyada daimi yaşaması və rəsmi yaşayış yerinin mövcud olmasıdır.

Almaniyaya mühacirət edənlərin sayı Suriya böhranı və Ukrayna müharibəsinin səbəb olduğu köçlər səbəbindən daha da artıb.

Son illərdə Almaniya vətəndaşlığını qəbul edənlərin nisbəti isə çox aşağı olub.

Təxminən 84 milyon əhalisi olan Almaniyada yaşayan 12 milyondan çox immiqrantın Almaniya vətəndaşlığı yoxdur.

Bununla belə, onların demək olar ki, yarısı Almaniyada 10 ildən çox yaşayıb. Lakin sərt qaydalar və ikili vətəndaşlığın tanınmaması səbəbindən onlar Almaniya vətəndaşlığı üçün müraciət etmirlər.

ƏN ÇOX OXUNANLAR

0.10364413261414