• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Azərbaycanın tərkibində yaxşı yaşayırdıq” – Baqdasaryan



“Ermənilər azərbaycanlılarla birlikdə yaxşı yaşayırdılar”. 

Ölkə.Az xəbər verir ki, bunu erməni diasporunun Rusiya media məkanındakı nüfuzlu nümayəndələrindən biri, tanınmış erməni jurnalist və bloger Roman Baqdasaryan deyib.

“Ermənilər Azərbaycanın tərkibində də yaxşı yaşayırdılar. Lakin Qarabağ separatçılarının klanı hər şeyi dağıdıb, insanları bədbəxt edib”, - o bildirib.

Baqdasaryanın sözlərinə görə, onlar elə vəziyyət yaradıblar ki, insanlar işləmək istəmir.

“İşləmək lazımdır” deyən Paşinyana nifrət edirlər. Bizim nə qədər ərazimiz var. Demək olar, hamısı boşdur. Amma Xankəndidə aclıqdan danışırlar?! Böyük kəndə çevirmisiniz oranı. Xankəndidə heç kim işləmək istəmir. Özlərini nazirlikdə, meriyada işləyən, diplomat hesab edirlər. Uşaqlar, siz kəndçisiniz”, - bloger söyləyib.

ƏN ÇOX OXUNANLAR

0.12156796455383