• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Abşeron-Xızı Regional Təhsil İdarəsini 10 manatlıq şirkət 1,2 milyona təmir edəcək



Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Sənaye və Mülki Tikinti-E-93” MMC olub.

Yeniavaz.com xəbər verir ki, “Sənaye və Mülki Tikinti-E-93” MMC Abşeron-Xızı Regional Təhsil İdarəsini əsaslı təmir edəcək.

Əsaslı təmir işlərinin satınalınmasına görə İdarə “Sənaye və Mülki Tikinti-E-93” MMC-yə 1 milyon 240 min 73 manat 94 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 10 manat olan “Sənaye və Mülki Tikinti-E-93” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10, mənzil 10 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Vəliyev Yavər Şirin oğludur.

Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayevadır. O, Azərbaycan Respublikası təhsil nazirinin 29 aprel 2022-ci il tarixli əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Müəllif Elnur Əli

Mənbə Yeniavaz.com

ƏN ÇOX OXUNANLAR

0.090955018997192